“Hazırda 3 saylı DOST mərkəzində komissiya sədri yoxdur, həkim sayı da azdır. Keçən il aparılan islahatlar vaxtı 17 TSEK (Tibbi-Sosial Ekspert Komissiyası) sədri işdən çıxarıldı”.
“Report” xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev “Sosial saat”da deyib.
O qeyd edib ki, bəzilərinin də işi Prokurorluğa göndərilib: “Ona görə o sahədə olan kadr çatışmazlığı DOST xidmətlərinin də göstərilməsində problem yaradır. Biz çalışırıq ki, harda Komissiya sədrləri varsa, vətəndaşları onlara yönləndirək”.