Lənkəranda əmək yarmarkası keçiriləcək 

Lənkəranda əmək yarmarkası keçiriləcək  Lənkəran şəhərində 23 iyul tarixində əmək yarmarkası keçiriləcək.
Sosial müdafiə
21 İyul , 2024 21:54
Lənkəranda əmək yarmarkası keçiriləcək 

Lənkəran şəhərində 23 iyul tarixində əmək yarmarkası keçiriləcək.

"Report"un Muğan bürosunun məlumatına görə, yarmarka Lənkəran-Astara Regional Məşğulluq filialının təşkilatçılığı ilə baş tutacaq.

Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.

Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi