Məcburi köçkünlər üçün yeni layihənin icrasına başlanılıb

Məcburi köçkünlər üçün yeni layihənin icrasına başlanılıb Dünya Bankı “Azərbaycanda bərpa və sülh quruculuğu üçün tədqiqat, təhlil və potensialın gücləndirilməsi” qrant layihəsi keçirir. Bu məqsədlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “Məcburi köçkünlərin gəlir imkanlarının dəstəklə
Sosial müdafiə
4 İyun , 2022 11:35
Məcburi köçkünlər üçün yeni layihənin icrasına başlanılıb

Dünya Bankı “Azərbaycanda bərpa və sülh quruculuğu üçün tədqiqat, təhlil və potensialın gücləndirilməsi” qrant layihəsi keçirir. Bu məqsədlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “Məcburi köçkünlərin gəlir imkanlarının dəstəklənməsinə dair təcrübələrin və ehtiyacların qiymətləndirilməsinin nəticələri” mövzusunda dəyirmi masa keçirilib.

"Report" xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məşğulluq sektorunun müdiri Kamran Ağamalıyev diqqətə çatdırıb ki, layihənin məqsədi bərpa və sülh quruculuğu sahəsində hökumətin potensialını təkmilləşdirmək üçün məcburi köçkünlərin mövcud sosial-iqtisadi vəziyyətinə dair bilgilərin genişləndirilməsi və onların ehtiyaclarını ödəmək üçün effektiv yanaşmaların müəyyənləşdirilməsidir.

Layihə çərçivəsində respublikamızın 22 şəhər və rayonda məcburi köçkünlərin vəziyyəti haqqında məlumatlar toplanılır və təhlillər aparılır. Layihə çərçivəsində Dünya Bankının sifarişi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə “Sigma ŞQ” şirkətinin ekspertləri tərəfindən məcburi köçkünlərin demoqrafik, sosial və iqtisadi vəziyyəti, eləcə də məşğulluq və özünüməşğulluq ilə gəlir əldə etmək imkanları və bacarıqları haqqında məlumatlar toplanılaraq təhlil edilir.

SİGMA-qrupun icraçı direktoru Rasim Ramazanov layihənin nəticələrinin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Layihə çərçivəsində planlaşdırılan işlərin artıq yarısının tamamlandığı bildirilib. Əmək bazarının, məşğulluq imkanlarını öyrənilməsi sahəsində layihələr icra edilib, növbəti layihələr məcburi köçkün gənclərin, xüsusilə qadınların cəlb edilməsi ilə icra olunacaq.

Dünya Bankının nümayəndəsi Turqut Mustafayev qrant layihəsinin komponentləri barədə danışıb, SİGMA-qrupun nümayəndələri Sabit Bağırov, Rüfət Əfəndiyev və Telman Yolçiyev isə layihəyə dair geniş təqdimatla çıxış ediblər.

Müzakirələrdə dövlət qurumlarının, beynəlxalq təşkilatların yerli ofislərinin nümayəndələri, QHT rəhbərləri iştirak ediblər. Layihənin icrası zamanı məcburi köçkünlərin ölkənin əmək bazarına cəlb edilməsi, özünüməşğulluğu və gəlirlərinin təminatına dəstək sahəsində əvvəllər icra edilən və cari proqramlar, təşəbbüslər və müxtəlif layihələr barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi