“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində iki rayonda ictimai dinləmələr təşkil olunacaq

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində iki rayonda ictimai dinləmələr təşkil olunacaq “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Astara və Masallı rayonlarında ictimai dinləmələr təşkil olunacaq.
Sosial müdafiə
16 İyul , 2024 23:39
“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində iki rayonda ictimai dinləmələr təşkil olunacaq

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Astara və Masallı rayonlarında ictimai dinləmələr təşkil olunacaq.

"Report"un Muğan bürosunun məlumatına görə, dinləmələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən və Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində baş tutacaq.

Tədbirlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat veriləcək və onları maraqlandıran suallar cavablandırılacaq.

İctimai dinləmələr 17 iyul tarixində saat 12:00-da Astara şəhər Ziya Bünyadov adına 2 saylı tam orta məktəbin binasında (Astara şəhəri, C.Cabbarlı küçəsi 4) və həmin gün saat 15:00-da Masallı Gənclər Evinin inzibati binasında (Masallı şəhəri, H.Əliyev pr. 87A) keçiriləcək.

Son xəbərlər

Orphus sistemi