Azərbaycanda uşaq bezlərinin istehsalı ilə məşğul olan “Mini Boss” şirkəti yeni doğulan beşəmlərin bez təminatını öz üzərinə götürüb.
“Report” xəbər verir ki, şirkətin icraçı direktoru Turan Zülfüqarova ilk hədiyyələri təqdim etmək üçün körpələrin yaşadığı ünvana yollanıb.
Körpələrin valideynləri ilə görüşən şirkət nümayəndəsi azyaşlılar böyüyənə qədər onların bez təminatını həyata keçiriləcəyini bir daha bildirib.
Bununla bağlı fikirlərini bölüşən körpələrin valideynləri həyəcanlı olduqlarını deyərək, təşəkkürlərini bildiriblər.
Beşəmlərin anası “Mini Boss” bezlərinin keyfiyyətindən razı olduğunu qeyd edib.