Müalicə olunan qaziyə reabilitasiya vasitələri təqdim edilib

Müalicə olunan qaziyə reabilitasiya vasitələri təqdim edilib Vətən müharibəsində tarixi Zəfərimizin qəhrəmanlarından biri olan Əhmədli Rəşad Taleh oğlu Talış kəndi uğrunda gedən döyüşlər zamanı hər iki ayağından və sol qolundan yaralanıb.
Sosial müdafiə
29 Dekabr , 2020 14:07
Müalicə olunan qaziyə reabilitasiya vasitələri təqdim edilib

Vətən müharibəsində tarixi Zəfərimizin qəhrəmanlarından biri olan Əhmədli Rəşad Taleh oğlu Talış kəndi uğrunda gedən döyüşlər zamanı hər iki ayağından və sol qolundan yaralanıb.

"Report" xəbər verir ki, Sabirabadın Cavad kənd sakini olan Rəşad hazırda Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicəsini davam etdirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşları qazimizi ziyarət ediblər. Görüş zamanı Rəşad Əhmədliyə ehtiyac duyduğu reabilitasiya vasitələri təqdim edilib.

Yaralanmış hərbçilər, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün nəzərdə tutulan sosial dəstək tədbirləri, tibbi-sosial reabilitasiya xidmətləri barədə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi