“Dünyadakı böhranlar Azərbaycanda az da olsa hiss edilməkdədir”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.
Bununla belə, onun sözlərinə görə, Azərbaycanda heç bir sosial layihənin icrası təxirə salınmayıb: “O cümlədən məşğulluq tədbirləri uğurla həyata keçirilir. Ehtiyacı olan şəxslərin mənzillərlə və avtomobillərlə təmin olunması da tam həyata keçiriləcək”.