Naxçıvan Muxtar Respublikası əhalisinin sayı 2 000 nəfərə yaxın artıb.
Bu barədə “Report” muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Cari il yanvarın 1-ə Naxçıvan Muxtar Respublikası əhalisinin sayı bir il öncəyə nisbətdə 1 905 nəfər artıb. Qeyd edilir ki, hazırda Naxçıvan əhalisinin sayı 461 min 530 nəfərdir.