“Naxçıvanpoçt” 12 saatlıq iş rejiminə keçib

“Naxçıvanpoçt” 12 saatlıq iş rejiminə keçib Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Naxçıvanpoçt” publik hüquqi şəxsinin mərkəzi filialı 12 saatlıq iş rejiminə keçib.
Sosial müdafiə
7 Sentyabr , 2024 12:21
“Naxçıvanpoçt” 12 saatlıq iş rejiminə keçib

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Naxçıvanpoçt” publik hüquqi şəxsinin mərkəzi filialı 12 saatlıq iş rejiminə keçib.

"Report"un yerli bürosu xəbər verir ki, məqsəd əhaliyə göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin olunmasıdır.

Məlumata görə, artıq Naxçıvan şəhər mərkəzi poçtu şənbə-bazar günləri də daxil olmaqla həftənin 7 günü saat 08:00-dan 20:00-dək vətəndaşlara fasiləsiz olaraq xidmət göstərəcək. Bu halda işçilərin iş rejimi növbə cədvəlləri üzrə qurulur və adətən iş saatları həftələr üzrə bərabər bölüşdürülür.

Rayon filialları isə əvvəlki iş rejiminə uyğun olaraq həftənin bütün günləri fasiləsiz olaraq saat 09:00-dan 18:00-dək, eləcə də poçt məntəqələri isə həftənin bazar ertəsi-şənbə günləri daxil olmaqla saat 09:00-dan 17:00-dək (saat 13:00-14:00 nahar fasiləsi) vətəndaşların xidmətindədir.

Qeyd edək ki, poçt məntəqələrində ənənəvi poçt xidmətləri ilə yanaşı, elektron ticarət vasitəsi ilə sifariş olunmuş malların çatdırılması, istehlakçılardan istifadə etdikləri elektrik, qaz, su sərfiyyatı haqlarının yığılması və sayğacların smart kartlarının balansının artırılması, sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunənin və danışıq haqlarının, internet abunəçilərinin balansının artırılması xidmətindən istifadə haqlarının, məcburi dövlət sosial sığorta haqlarının, yerli (bələdiyyə) vergilərin, habelə Bank və Bank olmayan Kredit təşkilatına kredit borclarının ödənişləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi