Azərbaycanda 130 min şəhid ailəsi üzvü, müharibə əlili, müharibə veteranı dövlətin dəstək proqramları ilə əhatə olunub.
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Onun sözlərinə görə, təkcə 16 min şəhid ailəsi evlə təmin edilib.
Bundan başqa, nazir deyib ki, 7,7 min müharibə əlilinə avtomobil verilib.
"Müharibə iştirakçılarından 24 mini məşğulluğa cəlb edilib, 12 mininə mikro təsərrüfatlar yaradılıb. 20 mindən çox müharibə əlili, şəhid ailəsi üzvü işlə təmin edilib. 68 min nəfərə reabiltasiya xidməti göstərilib", - deyə S.Babayev əlavə edib.