“Yaxın dövrlərdə Abşeron rayonunda növbəti DOST Mərkəzi açılacaq”.
“Report”un xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
“Bakı, Quba, Sabirabad, Gəncə, Sumqayıtda yeni mərkəzlərin açılması üzərində iş gedir. Ümumilikdə 16 regional mərkəzin yaradılması planlaşdırılır”, - nazir bildirib.