Nazir: "Azərbaycanda median pensiya son 3-4 ildə kifayət qədər artıb"

Nazir: "Azərbaycanda median pensiya son 3-4 ildə kifayət qədər artıb" Azərbaycanda median pensiya 360 manata çatıb ki, bu da 3-4 il əvvəllə müqayisədə 2,5 dəfə çoxdur və kifayət qədər yaxşı artım sayılır.
Sosial müdafiə
27 Noyabr , 2023 16:59
Nazir: Azərbaycanda median pensiya son 3-4 ildə kifayət qədər artıb

Azərbaycanda median pensiya 360 manata çatıb ki, bu da 3-4 il əvvəllə müqayisədə 2,5 dəfə çoxdur və kifayət qədər yaxşı artım sayılır.

"Report" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

"Hər kəsin böyük arzusudur ki, Azərbaycanda ən yüksək əməkhaqları və pensiyalar olsun. Nominal rəqəmin arzu etdiyimiz səviyyəyə çatmasını biz də istəyirik. Hələ o səviyyəyə çatmamışıq. Bunu bir günə etmək çox böyük çağırışlar, fəsadlar törədə bilər. Ona görə də dinamikaya baxmaq lazımdır", - deyə nazir qeyd edib.

S.Babayev onu da əlavə edib ki, hazırda şəhid ailəsi üzvlərinin orta pensiyası 1 200 manatdan çoxdur: " Eyni zamanda, müharibə əlillərinin aldığı təqaüd və pensiyanın orta məbləği 750 manatdan çoxdur. növbəti ildə indeksasıya ilə 800 manata çatacaq. Bu istiqamətdə siyasətimiz davamlı olaraq həyata keçiriləcək".

Son xəbərlər

Orphus sistemi