“Postmüharibə seqmentində görülən işlərə baxsaq, burada ana xətlərdən birini sosial ödənişlər təşkil edir və bu günədək 18 000-dən çox insana sosial ödənişlər, yəni pensiyalar, müavinətlər, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ödənilib”.
“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev AzTV-yə müsahibəsində deyib.
“Mən bu gün fəxrlə deyə bilərəm ki, ilk mərkəzin açılmasından cəmi 2 il keçməsinə baxmayaraq, bu gün DOST mərkəzlərində vətəndaşlarımıza 11 müxtəlif istiqamət üzrə 152 xidmət göstərir. Bu mərkəzlərdə 2 il ərzində 500 000 vətəndaşımıza xidmət göstərilib”, - nazir qeyd edib.
Sahil Babayev bildirib ki, xidmət göstərilən yarım milyonluq vətəndaşın ümumi məmnunluğu 97 %-dir: “DOST mərkəzləri şəbəkəsi qısa müddət ərzində bütün ölkəni əhatə edəcək”.