Nazir həssas qrupa aid olan şəxslərə dəstəyin ədalətsiz bölünməsindən danışıb

Nazir həssas qrupa aid olan şəxslərə dəstəyin ədalətsiz bölünməsindən danışıb Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev həssas qrupa aid olan şəxslərə dəstəyin ədalətsiz bölünməsindən danışıb.
Sosial müdafiə
27 Yanvar , 2022 11:58
Nazir həssas qrupa aid olan şəxslərə dəstəyin ədalətsiz bölünməsindən danışıb
Sahil Babayev

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev həssas qrupa aid olan şəxslərə dəstəyin ədalətsiz bölünməsindən danışıb.

"Report"un məlumatına görə, o, həssas qrupa aid şəxslərə dəstəklə bağlı müəyyən çatışmazlıqlar yenə də mövcud olduğunu bildirib.

Onun sözlərinə görə, həssas qruplarla bağlı həyata keçirilən layihələr birdəfəlik yox, davamlı iş yerlərinin yaradılması ilə nəticələnməlidir: "Həmin şəxslərin əlini çörəyə çatdıraq ki, özü qazansın, öz rifahını özü təmin edə bilsin. Bu sahədə maarifləndirməni də genişləndirmək lazımdır. Biz dövlət qurumları olaraq öz işlərimizi görürük. Sahibkarlar da bu sahədə öz üzərinə düşəni icra etməlidir".

S.Babayev deyib ki, istedadlı əlillərin əl işi üçün elektron portal yaradılacaq: "Həmin əl işlərinin satışı üçün də imkan yaradılacaq. Həssas qruplarla bağlı görüləcək işlər əlaqəli olmalıdır. Çalışmaq lazımdır ki, sosial dəstək layihələri ədalətli bölünsün. Bəzən məlumat boşluğu olanda, tam koordinasiya olmayanda bir ailəyə, bir şəxsə üç ayrı qurum dəstək göstərir, ancaq eyni vəziyyətdə olan digər ailəyə heç kim dəstək göstərmir. Ona görə də əlaqələndirmənin düzgün qurumları, ümumi məlumata bazasının yaradılması önəmli idi. Artıq belə baza var. 2020-2021-ci ildə dəstək göstərilən 300 min şəxsin siyahısı həmin bazada var. Çatışmazlıqlar yenə də var. Bunu aradan qaldırmaq üçün müxtəlif alətləri birgə icra etmək qarşıda duran əsas hədəflərdəndir".

Son xəbərlər

Orphus sistemi