“İşsizlikdən sığorta ödənişi alan vətəndaşların əhatə dairəsinin genişləndirilməsi üçün müvafiq qanunvericiliyə dəyişikliklər hazırlanıb”.
“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev “Sosial Saat”da çıxışı zamanı deyib.
O qeyd edib ki, hər ay işsizlikdən sığorta ödənişi almaq hüququna malik olan vətəndaşlar haqqında məlumat toplanılır: “Ödəniş almaq hüququ olan vətəndaşlara özümüz müraciət edəcəyik. Bundan başqa, əgər hansısa vətəndaşın ödənişi praktiv qaydada alması mümkün olacaqsa, onlara ödənişlər proaktiv şəkildə təyin ediləcək”.
Sədr müavini vurğulayıb ki, hazırda proses davam edir: “Agentliyimizin Ərazi Məşğulluq Mərkəzləri üçün təlimatlar hazırlanıb və yaxınlarda onlara göndəriləcək”.