Prezident İlham Əliyevin tapşırığına əsasən, ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb və həmin işlərə cəlb edilənlərin sayı artıq 65 mini ötüb.
Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Haqqı ödənilən ictimai işlərə cəlb edilən şəxslərin hər biri ilə əmək müqaviləsi bağlanır.
Yeni yaradılan ictimai iş yerləri əsasən dezinfeksiya işlərinin aparılması, tənha yaşlılara və əlilliyi olan şəxslərə sosial xidmətlərin göstərilməsi, eləcə də abadlaşdırma, yaşıllaşdırma, parklara qulluq və s. kimi sahələri əhatə edir.