Prezident İlham Əliyev "Azərbaycanda 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanunu imzalayıb.
"Report" xəbər verir ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilib.
Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.