Qadınlara qarşı zorakılıq dünya miqyaslı bir bəladır. O nə coğrafi sərhədlər, nə də yaş həddi tanıyır və heç bir etnik və ya dini qrup bu bəladan sığortalanmayıb. Bu problemin cəmiyyətdə qadınlara və kişilərə fərqli yanaşmadan irəli gəldiyi bildirilir. Qadınlara qarşı zorakılığın qarşısının alınması müasir dövrün mühüm çağırışlarından birinə çevrilib.
"Report" bununla bağlı videoaraşdırma aparıb və həmin materialı təqdim edirik: