Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha bir təkliflər sorğusuna yekun vurub.
"Report" xəbər verir ki, sorğu nazirlik yanında Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin Sabirabad rayonunda açılacaq DOST Mərkəzinin layihələndirilməsi ilə bağlı keçirilib.
Vahid dövlət satınalmaları portalının yaydığı məlumata əsasən, sorğunun qalibi "Am M Line" MMC-dir.
Qalib şirkətə 177 min manat ödəniləcək.