Sahil Babayev: Əlilliyin təyin olunması ilə bağlı problemi olanlar əmək və əhalinin sosial müdafiəsi nazirliyinə müraciət etsinlər

Sahil Babayev: Əlilliyin təyin olunması ilə bağlı problemi olanlar əmək və əhalinin sosial müdafiəsi nazirliyinə müraciət etsinlər Bəzən vətəndaşlar qeyd edirlər ki, iki ildir əlillik təyinatı ala bilmirlər. Əgər belə problem varsa, müraciət etsinlər, araşdıraq, cavabını deyək.
Sosial müdafiə
21 Noyabr , 2024 13:57
Sahil Babayev: Əlilliyin təyin olunması ilə bağlı problemi olanlar əmək və əhalinin sosial müdafiəsi nazirliyinə müraciət etsinlər

Vətəndaşlarda əlillik təyinatı ilə problemlər varsa, əmək və əhalinin sosial müdafisə nazirliyinə müraciət edə bilərlər.

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

"Bəzən vətəndaşlar qeyd edirlər ki, iki ildir əlillik təyinatı ala bilmirlər. Əgər belə problem varsa, müraciət etsinlər, araşdıraq, cavabını deyək", - nazir deyib.

O qeyd edib ki, əlillik statusu həqiqətən də əlil olan insanlara verilməlidir: "Amma saxta yolla əlillikdən gəlir mənbəyi kimi istifadəyə yol verilməməlidir və bu cəhdin qarşısı alınacaq".

Son xəbərlər

Orphus sistemi