Salyanda 130 daimi yeni iş yeri yaradılıb.
Salyan Rayon Statistika İdarəsindən “Report”un Aran bürosuna verilən məlumata görə, rayonun sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində bu ilin altı yeni yaradılmış müəssisə və təşkilatlar üzrə 30, mövcud müəssisə və təşkilatlar üzrə 100 yeni iş yeri açılıb.
Yeni iş yerlərinin hamısı daimidir.
Ümumilikdə 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,8 dəfə çox, yeni yaradılmış müəssisələr üzrə 4,3 dəfə, mövcud müəssisə və təşkilatlar üzrə 20,0 dəfə çox yeni iş yerləri açılıb.