Postmüharibə dövründə şəhid ailələri və qazilərdən ibarət 93 min şəxsə 104 min sosial ödəniş təyin olunub.
"Report" xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov postmüharibə dövründə şəhid ailələrinin üzvlərinin və müharibə iştirakçılarının sosial ödənişlərlə təminatı sahəsində aparılan işlərə dair mətbuat konfransında deyib.
O bildirib ki, şəhid ailələri üzvlərindən 7 979 nəfərə 15 943, müharibə əlillərindən 2 935 nəfərə 5 870, müharibə veteranlarından 81 856 nəfərə 81 856 ödəniş təyinatı aparılıb.