Şirvanın Çılpaqlı qəsəbəsində elektrik enerjisinin verilişində problemlər yaranıb

Şirvanın Çılpaqlı qəsəbəsində elektrik enerjisinin verilişində problemlər yaranıb Şirvan rayonunun Çılpaqlı qəsəbəsində elektrik enerjisinin verilişində problemlər yaranıb.
Sosial müdafiə
27 Dekabr , 2022 14:49
Şirvanın Çılpaqlı qəsəbəsində elektrik enerjisinin verilişində problemlər yaranıb

Şirvan şəhərinin Çılpaqlı qəsəbəsində elektrik enerjisinin verilişində problemlər yaranıb.

Bu barədə “Report”un Aran bürosuna qəsəbə sakinləri bildiriblər.

Onların sözlərinə görə, bu gün səhər saatlarından etibarən ərazidə işıqlar sönüb və elektrik enerjisinin verilişi hələ də bərpa olunmayıb.

Sakinlər bildirib ki, soyuq qış aylarında elektrik enerjisinin verilişinin dayandırılması məişətdə bir sıra çətinliklər yaradıb. Qəsəbə sakinləri artıq bu barədə aidiyyəti qrumlara müraciət etdiklərini vurğulayıblar.

Şirvan Şəhər İcra Hakimiyyətindən isə “Report”un yerli bürosuna bildirilib ki, əhali məsələ ilə bağlı əvvəlcədən məlumatlandırılıb:

"Bu gün 35 kilovoltluq yarımstansiyada təmir işləri aparıldığından qəsəbəyə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər yaranıb. Artıq təmir işləri yekunlaşmaq üzrədir. Qısa müddətdə qəsəbəyə elektrik enerjisinin verilişi tam bərpa olunacaq".

Son xəbərlər

Orphus sistemi