Son bir ildə 114 uşaq övladlığa verilib

Son bir ildə 114 uşaq övladlığa verilib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2021-ci il ərzində 58-i qız, 56-ı oğlan olmaqla 114 uşaq övladlığa verilib.
Sosial müdafiə
22 Yanvar , 2022 14:10
Son bir ildə 114 uşaq övladlığa verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ötən il ərzində 58-i qız, 56-ı oğlan olmaqla 114 uşaq övladlığa verib.

Nazirlikdən "Report"a verilən məlumata görə, övladlığa götürülmüş uşağın 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji inkişaf səviyyəsinin öyrənilməsi məqsədilə monitorinqlər aparılır.

Bildirilib ki, ötən il reinteqrasiya tədbirləri də davam etdirilib və nəticədə son bir ildə 89 uşağın dövlət uşaq müəssisələrindən ailələrinə qayıdışına nail olunub.

Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Həmin vaxtdan ümumilikdə 73-ü oğlan, 74-ü qız olmaqla 147 uşaq övladlığa verilib.

Son xəbərlər

Orphus sistemi