Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) toplanan vəsaitin məbləği məlum olub.
“Report” xəbər verir ki, indiyədək fonda 62 122 994,24 manat yığılıb.
Həmin vəsaitdən 17 308 291,76 manatı fiziki şəxslər, 44 814 702,48 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib.
Fonda daxil olan vəsaitin 36 517 474,14 manatı xərclənib. Vəsaitin qalığı isə 25 605 520,1 manatdır.
Qeyd edək ki, ötən ay fonda yığılan vəsaitin ümumi məbləği 61 917 157,45 manat olub. O müddətədək həmin vəsaitdən 35 296 814,22 manatı xərclənmişdi. Vəsaitin qalığı isə 26 620 343,23 manat idi.