Son üç ildə əmək müqavilələrinin sayı 25% artıb

Son üç ildə əmək müqavilələrinin sayı 25% artıb 2018-ci ilin əvvəli ilə müqayisədə bu ilin 1 dekabr tarixinə əmək müqavilələrinin ümumi sayı 25% (327 min müqavilə) artıb.
Sosial müdafiə
11 Dekabr , 2020 10:15
Son üç ildə əmək müqavilələrinin sayı 25% artıb

2018-ci ilin əvvəli ilə müqayisədə bu ilin 1 dekabr tarixinə əmək müqavilələrinin ümumi sayı 25% (327 min müqavilə) artıb.

Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Report"a verilən məlumata görə, onlardan 46%-i (230 minə yaxını) özəl, qalan hissəsi dövlət sektorunun payına düşür.

Ötən dövrdə əməkhaqlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşmasına yönələn stimullaşdırıcı tədbirlər, özəl sektorda yeni vergi-sığorta güzəştlərinin tətbiqi əmək bazarının inkişafına təkan verən amillər olmaqla, əmək münasibətlərinin leqallaşmasına da müsbət təsirini göstərib.

Əməkhaqlarında ardıcıl artım dinamikası nəticəsində isə qeyd edilən dövrdə əməkhaqqı fondunda 77% artım (o cümlədən dövlət sektorunda 84%, özəl sektorda 70%) özünü göstərib.

Son xəbərlər

Orphus sistemi