“Sosial layihələr” müsabiqəsinin qaliblərindən olan “Sosial Məşğulluq Mərkəzi” layihəsi yekunlaşıb

“Sosial layihələr” müsabiqəsinin qaliblərindən olan “Sosial Məşğulluq Mərkəzi” layihəsi yekunlaşıb “Sosial Məşğulluq Mərkəzi” layihəsi artıq yekunlaşıb
Sosial müdafiə
17 Mart , 2021 16:17
“Sosial layihələr” müsabiqəsinin qaliblərindən olan “Sosial Məşğulluq Mərkəzi” layihəsi yekunlaşıb

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) elan etdiyi “Sosial layihələr” müsabiqəsinin qaliblərindən olan “Sosial Məşğulluq Mərkəzi” layihəsi artıq yekunlaşıb.

“Report” xəbər verir ki, layihənin bağlanış mərasiminə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, Milli Məclisin deputatları, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “Regional İnkişaf” İctimai Birliyi, “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin nümayəndələri və layihə iştirakçıları qatılıblar.

RİİB-in dəstəyi, “Əlil sahibkarlar təşkilatı” İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən layihənin icrası müddətində Sumqayıt şəhərində 18-55 yaş aralığında əlilliyi olan şəxslər üçün “Sosial Məşğulluq Mərkəzi” yaradılmışdır. İlkin olaraq hər peşə üzrə 10 nəfər olmaqla, ümumilikdə 30 nəfəri əhatə edən layihə müddətində iştirakçılar mobil telefon ustası, dərzilik, foto və video operator peşələri üzrə nəzəri biliklər öyrənib, daha sonra isə müvafiq sahələr üzrə seçdikləri peşələrə uyğun avadanlıqlar ilə təmin olunaraq həm də praktiki biliklər qazanıblar.

Xatırladaq ki, layihənin məqsədi Sumqayıt şəhərində əlilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması və onların məşğulluq imkanlarının artırılmasıdır.

Son xəbərlər

Orphus sistemi