Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 4 qazimiz sağalaraq Vətənə geri dönüb:
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a bildiriblər ki, onlar Məmmədzadə Arif Mahir oğlu, İbrahimov Kamran Ceyhun oğlu, Bayramov Rahul Mərdan oğlu, İslamov Vüsal İslam oğludur. Onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.
Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 61 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi qardaş ölkədə davam etdirilir.
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Allah qazilərimizə şəfa versin!
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid:
Həmçinin Fondun 8110 “Çağrı Mərkəzi” fəaliyyət göstərir.