Zəfər Günü ilə əlaqədar Naxçıvanda 1 250 ailəyə sovqat göndərilib

Zəfər Günü ilə əlaqədar Naxçıvanda 1 250 ailəyə sovqat göndərilib Zəfər Günü ilə əlaqədar Naxçıvanda 1 250 ailəyə sovqat göndərilib.
Sosial müdafiə
3 Noyabr , 2023 11:16
Zəfər Günü ilə əlaqədar Naxçıvanda 1 250 ailəyə sovqat göndərilib

Zəfər Günü ilə əlaqədar Naxçıvanda 1 250 ailəyə sovqat göndərilib.

"Report"un yerli bürosu xəbər verir ki, Prezident İlham Əliyevin xüsusi diqqəti və tapşırığı ilə ölkədə sosial layihələrin icrası uğurla davam etdirilir. Bütün bayramlarda və əlamətdar günlərdə aztəminatlı, şəhid, qazi və digər həssas qruplardan olan ailələrə sovqat və yardımlar verilir.

Dövlət başçısının aztəminatlı, şəhid və qazi ailələrinin sosial problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlərə dəstək məqsədilə 2023-cü ilin son 5 ayı ərzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının maliyyə dəstəyi ilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən ümumilikdə 6 450 aztəminatlı, o cümlədən şəhid və qazi ailələrinə sovqat yardımı paylanılıb. Bu tədbirlərin davamı olaraq noyabrın 3-də Zəfər Günü ərəfəsində digər bölgələrlə yanaşı, Naxçıvanda yaşayan 1 250 aztəminatlı ailə üçün ərzaq bağlamalarından ibarət yardım təşkil olunub.

Yolasalınma mərasimdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iştirak edib. Məlumat verilib ki, Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yaşayan aztəminatlı, o cümlədən şəhid və qazi ailələri üçün gətirilmiş bayram sovqatları müxtəlif zəruri ərzaq məhsullarından ibarətdir.

Sovqatlardan ibarət 5 avtomobil təyinatı üzrə ünvanlara yola salınıb.

Son xəbərlər

Orphus sistemi