İsveçin bir vaxtlar məşhur musiqi qrupu olmuş ABBA-nın 40 ilə yaxın fasilədən sonra ərsəyə gətirdiyi ilk studiya albomu Böyük Britaniya hitləri arasında birinci sırada yer alıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu ayın əvvəlində işıq üzü görmüş “ABBA Voyage” albomu ilk 7 gün ərzində 204 min satış əldə edərək ilin ən sürətli satılan albomu olub.
Bu, həmçinin ABBA tərəfindən son 8 ildə buraxılmış ən çox satılan albomdur.