ABŞ-da 36 yaşlı reper Yanq Dolf qətlə yetirilib.
"Report" bu barədə "Fox News" kanalına istinadən xəbər verir.
Əsl adı Adolf Robert Tornton (kiçik) olan amerikalı reper Tennessi ştatının Memfis şəhərində güllələnib.
Reperin öldürüldüyü mağazanın əməkdaşları Dolfa avtomobildən atəş açıldığını bildiriblər.
Qeyd edilir ki, bu musiqiçiyə qarşı ilk sui-qəsd cəhdi deyil. 2017-ci ildə ona qarşı 100-dən artıq belə cəhd olub.
Reper ABŞ-da "Major" və "On the river" kimi məşhur albomların müəllifi kimi tanınır. Dolfun yutub kanalına təxminən 1,45 milyon insan abunə olub.