“Avroviziya-2021”in qalibi narkotik testindən keçəcək

“Avroviziya-2021”in qalibi narkotik testindən keçəcək “Yaşıl Otaq”dakı masanın üzərində narkotik olmayıb
Şou-biznes
23 May , 2021 19:25
“Avroviziya-2021”in qalibi narkotik testindən keçəcək

Avropa Yayım Birliyi “Avroviziya-2021” mahnı müsabiqəsinin qalibinin canlı yayımda narkotik istifadə etməsi ilə bağlı yayılan ittihamlara münasibət bildirib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd olunub ki, “Måneskin” rok-qrupunun solisti, müğənni David Damiano İtaliyaya döndükdən sonra könüllü olaraq narkotik testindən keçəcək, testin nəticəsi isə Avropa Yayım Birliyinin rəsmi açıqlamasında veriləcək.

“İtaliya nümayədə heyəti bizə bildirib ki, “Yaşıl Otaq”dakı masanın üzərində narkotik olmayıb, şüşələr qırılıb. AYB otaqdakı yoxlamadan sonra qırılan şüşənin tapıldığını təsdiqləyə bilər. Hələ də görüntüləri diqqətlə araşdırırıq və vaxtında əlavə məlumat verəcəyik”-, Birliyin bəyanatına deyilir.

Son xəbərlər

Orphus sistemi