Bakıda “Tək səs, tək ürək” konserti keçirilib

Bakıda “Tək səs, tək ürək” konserti keçirilib Bakıda “Tək səs, tək ürək” konserti keçirilib.
Şou-biznes
14 Fevral , 2024 19:42
Bakıda “Tək səs, tək ürək” konserti keçirilib

Bakıda “Tək səs, tək ürək” konserti keçirilib.

"Report" xəbər verir ki, Nizami kinoteatrında keçirilən konsert Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyəti və Şimali Kipr Türk Respublikasının Çağdaş Musiqi Dərnəyi tərəfindən təşkil edilib.

Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd iki qardaş ölkə arasında mədəni və ictimai əlaqələrin inkişafına çalışmaqdır: "Azərbaycan xalqı Şimali Kipr Türk Respublikasına qarşı hər zaman sevgiylə yanaşıb və qardaşlıq əlaqələrində möhkəmdir".

O qeyd edib ki, bu Çağdaş Musiqi Dərnəyinin ölkəmizdə keçirilən ikinci tədbiridir, daha əvvəl 2018-ci ildə belə bir tədbir təşkil olunub, bir neçə gün əvvəl isə qrup Naxçıvan Muxtar Respublikasında konsert verib.

Konsert proqramının ardınca qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.

Son xəbərlər

Orphus sistemi