Naməlum şəxslər Los Ancelesdə amerikalı müğənni Beyonsun əşyalarının saxlanıldığı anbardan milyon dollar dəyərində əşyalar oğurlayıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə TMZ portalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinad edərək məlumat verib.
Oğrular bu ay artıq ikinci dəfədir Beyonsun əşyalarının saxlandığı anbarlara girirlər. Anbarların müğənninin prodüser şirkəti olan “Parkwood Entertainment” tərəfindən icarəyə götürülməsinə baxmayaraq, oğurlanan bütün əşyalar, mənbələrə görə, müğənniyə məxsusdur. Oğrular anbardan bahalı əl çantalarını və paltarları aparıblar. İlk soyğundan sonrakı həftə ərzində oğrular eyni anbar kompleksindəki daha bir neçə kameraya soxularaq müğənninin stilistlərindən birinə məxsus əşyaları da özlərilə götürüblər.
Portalın qeyd etdiyinə görə, oğurluq işinin araşdırılması ilə Los Anceles polisi məşğul olur. Polis hələlik işlə bağlı heç kimi saxlamayıb.