Jurnalist Həmid Həmidovun “Danışaq?” layihəsinin yeni buraxılışının qonağı məşhur müğənni, Azərbaycanın əməkdar artisti Səbinə Babayeva olub.
“Report” xəbər verir ki, jurnalistlə yanaşı digər aparıcılar, həmkarları - Seymur Zəkəryayev və Feliks Vişnevetski olub.
Verilişdə Azərbaycan şou-biznesinin hazırkı vəziyyətindən, Səbinə Babayevanın hazırda necə qazanmasından, Rusiya şou-biznesinə girə bilməməsindən və s. məsələlərdən danışıblar.
S.Babayeva Azərbaycan təmsilçilərinin “Eurovision 2024” müsabiqəsindəki mahnısı ilə bağlı fikirlərini bölüşüb və musiqi müsabiqəsindəki öz çıxışını xatırladıb.