“Danışaq?” layihəsinin növbəti qonağı astropsixoloq Yekaterina Merkulova olub

“Danışaq?” layihəsinin növbəti qonağı astropsixoloq Yekaterina Merkulova olub Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında daha bir videomüsahibə təqdim edib.
Şou-biznes
26 İyul , 2024 19:36
“Danışaq?” layihəsinin növbəti qonağı astropsixoloq Yekaterina Merkulova olub

Jurnalist Həmid Həmidov “Danışaq?” layihəsinin yeni buraxılışında abunəçilərinə daha bir videomüsahibə təqdim edib.

“Report”un məlumatına görə, podkastın qonağı astropsixoloq Yekaterina Merkulova olub.

Verilişdə H.Həmidovun həmkarı, “Media.az” informasiya portalının direktoru Cəmilə Ələkbərova da iştirak edib.

Y.Merkulova öz həyat mərhələlərindən, evdar qadın statusunu biznesə dəyişməsindən və sonradan Bali adasına astropsixologiyaya gəlişindən danışıb.

Söhbət zamanı o, biznes və komandasının qurulmasında psixologiyadan necə istifadə etdiyindən, astropsixologiyanın xüsusiyyətlərindən və onun tətbiqi sahələrindən - peşə seçimindən tutmuş sevgi tapmağa kimi - danışıb.

Y.Merkulova onu da bildirib ki, insanlar ona ən çox dörd əsas məsələ ilə bağlı müraciət edirlər: sağlamlıq, pul, münasibətlər və tale.

Son xəbərlər

Orphus sistemi