Rusiyada yaşayan istifadəçilər Moskvanın Xamovniçeskiy məhkəməsinə kollektiv şəkildə müraciət edərək, “Netflix” yayım xidmətinə qarşı 60 milyon rublluq (700 min ABŞ dollarından çox) iddia irəli sürüblər.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
İddiaya “Netflix” şirkətinin Rusiya ərazisində xidmət göstərməkdən birtərəfli qaydada imtina etməklə rusiyalı istifadəçilərin hüquqlarını pozması səbəb olub.