Aİ: “Ayırdığımız 2 milyard avro kənd yerlərinin inkişafına kömək olacaq”

Aİ: “Ayırdığımız 2 milyard avro kənd yerlərinin inkişafına kömək olacaq” “Avropa İttifaqının (Aİ) iqtisadi və investisiya planı çərçivəsində Azərbaycana ayırdığı 2 milyard avro vəsait bu kənd yerlərinin inkişafını dəstəkləməyə imkan verəcək”.
Turizm
17 Fevral , 2022 11:37
Aİ: “Ayırdığımız 2 milyard avro kənd yerlərinin inkişafına kömək olacaq”
Peter Mixalko

“Avropa İttifaqının (Aİ) iqtisadi və investisiya planı çərçivəsində Azərbaycana ayırdığı 2 milyard avro vəsait bu kənd yerlərinin inkişafını dəstəkləməyə imkan verəcək”.

“Report” xəbər verir ki, bunu Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko "Azərbaycanda kənd yerlərinin inkişafı və milli aqroturizm sisteminin yaradılması” mövzusunda seminarda bildirib.

“Azərbaycanın aqroturizm sahəsində böyük potensialı var. Kənd yerlərinin inkişafı ilə bağlı biliklərin ötürülməsi, keyfiyyətli qida istehsalı, ekoloji kənd təsərrüfatı ilə bir çox aspektlər mövcuddur. Fəxr hissi ilə qeyd edirəm ki, Aİ-nın Azərbaycanda ən yaxşı ekspertləri bu prosesdə iştirak edirlər. Bu seminar çərçivəsində müsbət nəticələr əldə edəcəyik”, - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi