Assosiasiya: "Son 20 ildə turizm sektoru 19 dəfə artıb"

Assosiasiya: "Son 20 ildə turizm sektoru 19 dəfə artıb" Son 20 ildə Azərbaycanda turizm sektoru 19 dəfə artıma nail olub.
Turizm
11 Yanvar , 2024 10:58
Assosiasiya: Son 20 ildə turizm sektoru 19 dəfə artıb

Son 20 ildə Azərbaycanda turizm sektoru 19 dəfə artıma nail olub.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Bakıda keçirilən "Turizm Sənayesi Subyektlərinin Forumu"nda bildirib.

"Koronavirus (COVID-19) pandemiyasından sonra bərpa dövrünü nəzərə almasaq, 2003-2019-cu illəri əhatə edən dövr ərzində Azərbaycana səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı 3 dəfədən çox, mehmanxana və mehmanxana tipli obyektlərdə gecələmələrin sayı 7,6 dəfə artıb. Azərbaycana səyahətin asanlaşdırılması məqsədilə bir sıra inzibati prosedurlar sadələşdirilib, nəqliyyat infrastrukturu təkmilləşdirilib. Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 20 il ərzində sektorun qeyri-neft iqtisadiyyatında payı təxminən 4 dəfə artaraq 0,7 %-dən 3,4 %-ə yüksəlib, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində muzdla çalışanların sayı 6,5 dəfə, bu sahə üzrə cəmi məşğulluq isə 4,1 dəfə artıb" - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi