Azərbaycan martın 5-7-də Almaniyanın paytaxtında keçiriləcək “ITB Berlin” beynəlxalq turizm sərgisində iştirak edəcək.
“Report”un məlumatına görə, artıq bununla bağlı Dövlət Turizm Agentliyi hazırlıqlara başlayıb.
Tədbir Berlin Sərgi Meydanında, “Səyahət və turizmə keçiddə pioner" şüarı ilə təşkil ediləcək. Sərgidə 24 min iştirakçının olacağı gözlənilir.