“Henley&Partners Visa Restrictions İndex”in yeni reytinqində 74-cü yerdə olan Azərbaycan dünyanın 69 ölkəsi ilə vizasız gediş-gəliş rejiminə malikdir.
“Report” xəbər verir ki, “Henley&Partners” məskunlaşma və vətəndaşlıq xidmətləri mərkəzinin hesabatına görə, bununla da ötən il 80-ci yerdə olmuş Azərbaycan reytinqdə 6 pillə irəliləməyə nail olub.
Reytinqdə lider mövqeyini bölüşən Sinqapur və Yaponiya 192 ölkə ilə vizasız rejimə malikdir. Almaniya və Cənubi Koreya vətəndaşları isə 190 ölkəyə vizasız gedir.
Qeyd edək ki, “Henley & Partners” şirkətinin viza məhdudiyyətləri indeksi dünya ölkələr və bölgələrinin viza qaydalarına görə təsnifatını çıxarır. Bu reytinq səyahət etməyə, yaxud xaricə köçməyə hazırlaşan hər kəs üçün əsas istinad mənbəyidir.