Azərbaycan yanvarın 24-28-də İspaniyanın paytaxtı Madriddə keçiriləcək beynəlxalq turizm sərgisində (“FITUR 2024”) iştirak edəcək.
“Report” bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, Agentlik artıq bununla bağlı hazırlıqlara başlayıb. Sərgidə ölkəmizə məxsus 1 ədəd xalça, 4 ədəd yastıq, 200 ədəd mini paxlava və mini şəkərbura, 36 şüşə şərab, 4 kq fındıq nümayiş etdiriləcək.
“FITUR 2024” turizm sektoru üçün ən böyük illik ticarət yarmarkalarından biri hesab olunur. Tədbirə 8,5 min iştirakçının və 136 min qonağın qatılması gözlənilir.