Bu ilin I yarısında Azərbaycan mehmanxanalarında gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 18,6 % artaraq 694,7 min olub. .
Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.
Məlumata görə, gecələmələrin 51,7 %-i Bakıda, 8,5 %-i Qəbələdə, 5,7 %-i Qusarda, 5,2 %-i Qubada, 4,9 %-i Lənkəranda, 4,2 %-i Şabranda, 3,6 %-i Xaçmazda, 2,8 %-i Naftalanda, 2 %-i Şamaxıda, 1,6 %-i Mingəçevirdə, 1,2 %-i Naxçıvan Muxtar Respublikasında, 1,1 %-i Masallıda, 0,8 %-i Gəncədə, 0,7 %-i Qaxda, 0,6 %-i Zaqatalada, 0,5 %-i Şəmkirdə və 4,9 %-i digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə azalaraq 132,8 min olub ki, bu da ümumi gecələmələrin 19,1 %-ini təşkil edir. Gecələmələrin 15,7 %-i Türkiyə, 15,2 %-i Böyük Britaniya, 10 %-i Rusiya, 5,1 %-i İtaliya, 4,3 %-i Almaniya, 2,9 %-i ABŞ, 2,6 %-i Ukrayna, 2 %-i İsrail, 2 %-i Niderland, 1,9 %-i Belarus, 1,7 %-i Qazaxıstan, 1,5 %-i Fransa, 1,3 %-i Norveç, 33,8 %-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 85,5 %-i Bakıda, 5,2 %-i Qusarda, 3 %-i Qəbələdə, 1,7 %-i Naxçıvan MR-da, 1,2 %-i Şabranda, 0,9 %-i Naftalanda, 0,8 %-i Mingəçevirdə, 0,8 %-i Qubada, 0,9 %-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb. Azərbaycan vətəndaşları üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2,3 dəfə artaraq 561,9 min olub.