Azərbaycan "Slow wine" hərəkatına qoşulmaq niyyətindədir

Azərbaycan "Slow wine" hərəkatına qoşulmaq niyyətindədir Növbəti il ərzində Azərbaycanın "Slow wine" festivalında iştirakı planlaşdırılır
Turizm
2 Dekabr , 2023 17:34
Azərbaycan Slow wine hərəkatına qoşulmaq niyyətindədir

Azərbaycan növbəti ildən "Slow wine" hərəkatına qoşulmaq niyyətindədir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun Qastronomiya turizminin idarəedilməsi departamentinin direktoru Səkinə Əsgərova "Azərbaycanda şərab turizminin inkişaf perspektivləri" mövzusuna həsr olunmuş konfrans deyib.

O qeyd edib ki, növbəti il ərzində Azərbaycanın "Slow wine" festivalında iştirakı planlaşdırılır.

S.Əsgərova bildirib ki, şərab marşrutlarının beynəlxalq standartlarına adaptasiya tez və ya gec olmasından asılı olmayaraq zəruridir: “Biz növbəti il bu zərurəti tamamlamaq istəyirik. Şərab turizmin potensialını beynəlxalq standartlara uyğun turistlərə çatdırmaq əsasdır".

Son xəbərlər

Orphus sistemi