“Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm bürosu turizm sektorunda müşahidə edilən bahalaşmanı izləyir”.
“Report” xəbər verir ki, bunu Büronun Baş icraçı direktoru Florian Zenqstşmid bildirib.
“Qiymətlərin artması diqqətimizdədir, amma onları biz tənzimləmirik, tələb və təklifə uyğun tənzimlənir. Biz yalnız göstərilən xidmətlərin sayını artımağı təklif edirik”, - deyə o, qeyd edib.
“Turizmdən danışarkən koronavirusun (COVID-19) hələ də ətrafımızda olduğunu anlamalıyıq. Çox müsbət haldır ki, sərhədlər açılır. Pandemiyanın turizm sənayesinə vurduğu zərər böyükdür. Çalışmalıyıq ki, daxili turizmi inkişaf etdirək”, - deyə F. Zenqstşmid əlavə edib.