Azərbaycan və Albaniya turizm sahəsində əməkdaşlıq istiqamətlərini müəyyən ediblər

Azərbaycan və Albaniya turizm sahəsində əməkdaşlıq istiqamətlərini müəyyən ediblər Azərbaycan və Albaniya üzv olduqları beynəlxalq təşkilatlar, xüsusilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) və BMT-Turizm çərçivəsində əməkdaşlıq edəcək.
Turizm
11 İyun , 2024 13:40
Azərbaycan və Albaniya turizm sahəsində əməkdaşlıq istiqamətlərini müəyyən ediblər

Azərbaycan və Albaniya üzv olduqları beynəlxalq təşkilatlar, xüsusilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) və BMT-Turizm çərçivəsində əməkdaşlıq edəcək.

"Report" xəbər verir ki, bununla bağlı fikir mübadiləsi Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Albaniyanın ətraf mühit və turizm naziri Mirela Kumbaro arasında keçirilən görüşdə aparılıb.

Görüş zamanı, həmçinin turizm təhsili, xidmət sahəsi üzrə kadrların hazırlanması, assosiasiyalar və özəl sektorla tərəfdaşlıq imkanları müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi