Azərbaycan vətəndaşları Qazaxıstanda 90 gün vizasız qala biləcəklər

Azərbaycan vətəndaşları Qazaxıstanda 90 gün vizasız qala biləcəklər Qazaxıstanda immiqrantların ölkəyə girişi və qalması ilə bağlı yeni qaydalar 2023-cü il yanvarın 27-dən qüvvəyə minir.
Turizm
23 Yanvar , 2023 16:11
Azərbaycan vətəndaşları Qazaxıstanda 90 gün vizasız qala biləcəklər

Qazaxıstanda immiqrantların ölkəyə girişi və qalması ilə bağlı yeni qaydalar 2023-cü il yanvarın 27-dən qüvvəyə minir.

"Report" inbusiness.kz saytına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Yeniliklər Qazaxıstana 180 təqvim dövrü ərzində cəmi 90 təqvim günü, ölkədə qalma müddəti dövlət sərhədini keçdiyi andan 30 təqvim günündən artıq olmayaraq vizasız daxil olmaq və tərk etmək hüququna malik 55 ölkənin əcnəbi vətəndaşlarına şamil edilir.

Qazaxıstanda qalma müddəti şəxsin sərhədi keçdiyi andan hesablanır və müvafiq olaraq yanvarın 27-dən sonra ölkəyə daxil olan əcnəbilərə artıq yeni qaydalar tətbiq olunacaq.

Bununla da, Avrasiya İqtisadi Şurasına üzv dövlətlərin (Ermənistan, Belarus, Qırğız Respublikası, Rusiya), həmçinin Azərbaycan, Tacikistan, Ukrayna vətəndaşları 180 gün ərzində 90 gündən çox olmamaqla Qazaxıstan ərazisinə vizasız daxil ola və qala biləcəklər.

Son xəbərlər

Orphus sistemi