Gələn ildən Azərbaycan vətəndaşları Mərakeşə elektron viza ilə səfər edə biləcəklər.
"Report" xəbər verir ki, bu barədə Mərakeşin Azərbaycandakı səfirliyi məlumat yayıb.
2023-cü il yanvarın 10-dan Azərbaycan və digər beş ölkənin vətəndaşları elektron viza almaqla Mərakeşə səfər etmək imkanı əldə edəcəklər.
Azərbaycan vətəndaşları viza üçün eyni zamanda Mərakeşin Bakıdakı səfirliyinə də müraciət edə bilərlər.