Azərbaycanda tibbi turizm xidmətlərinin keyfiyyətininin mütəmadi yoxlanılması təklif olunur

Azərbaycanda tibbi turizm xidmətlərinin keyfiyyətininin mütəmadi yoxlanılması təklif olunur Azərbaycanın tibbi turizminin inkişafı ölkənin beynəlxalq aləmdə tanınmasını və rəqabət qabiliyyətini artırmağa əhəmiyyətli töhfə verəcək.
Turizm
29 Oktyabr , 2024 15:19
Azərbaycanda tibbi turizm xidmətlərinin keyfiyyətininin mütəmadi yoxlanılması təklif olunur

Azərbaycanın tibbi turizminin inkişafı ölkənin beynəlxalq aləmdə tanınmasını və rəqabət qabiliyyətini artırmağa əhəmiyyətli töhfə verəcək.

"Report" xəbər verir ki, bunu Karlovı Varı şəhəri üzrə Spa və Balneologiya İnstitutunun direktoru Alina Hüseynli Şuşada “Azərbaycan Sağlamlıq Turizmi Konfransı: inkişaf imkanları” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən “Sağlamlıq Turizmində Qlobal və Uğurlu Təcrübələr: Azərbaycan Üçün Təkliflər” panel müzakirəsində deyib.

“Bu sahədə autentik, yəni həqiqi və etibarlı xidmətlərin göstərilməsi pasiyentlərin məmnuniyyətini və inamını artıracaq. Autentik xidmətlər yalnız tibbi prosedurların yüksək keyfiyyəti ilə deyil, həm də milli və mədəni dəyərlərlə zəngin müalicə metodlarının tətbiqi ilə fərqlənməlidir. Bundan əlavə, davamlı inkişafı təmin etmək üçün mütəmadi auditlərin aparılması vacibdir. Audit nəticələri tibbi turizm xidmətlərinin beynəlxalq standartlara uyğunluğunu yoxlamağa və xidmət keyfiyyətini daha da artırmağa imkan verəcək”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Türkiyə, Rusiya, İsveçrə, Çex Respublikası, Malayziya, Qazaxıstandan olan mütəxəssislərin də iştirak etdiyi tədbir sağlamlıq turizmi sektorunda mövcud qabaqcıl təcrübələrin araşdırılması və Azərbaycan üçün inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə həsr olunub.

Azərbaycanın sağlamlıq turizmi üzrə Naftalan neftinin turizm məhsulu kimi daha da inkişaf etdirilməsi, resursun Avropa və yeni bazarlarda təşviq edilməsi əsas hədəflər sırasındadır. Qarabağ və Şərqi Zəngəzur üzrə də sağlamlıq turizmi üçün zəngin potensiallı ərazilər mövcuddur. Bu ərazilərdə Türkiyədən olan mütəxəssislərin cəlb edilməsi ilə turizm, o cümlədən sağlamlıq turizmi resurslarının araşdırılması aparılaraq müvafiq təkliflər verilib. Bu istiqamətdə, Kəlbəcər və onun balneoloji imkanları xüsusilə seçilir. Kəlbəcərdə turizmin inkişafına dair hazırlanmış konsepsiya sənədində təklif edilən 5 turizm və rekreasiya zonasından ikisi mineral-termal bulaqlar ətrafında olmaqla sağlamlıq turizmi profilinə sahibdir. Həmçinin, Laçın da mineral-termal su resursları ilə zəngin olduğundan, müvafiq sağlamlıq turizmi potensialına malikdir. Şuşa şəhərinin hava-rekreasiya imkanları isə sağlamlıq turizmi üzrə istiqamətlərin inkişafına töhfə verə bilər

Son xəbərlər

Orphus sistemi