Azərbaycandan Gürcüstana bu il 53 mindən çox ziyarətçi səfər edib

Azərbaycandan Gürcüstana bu il 53 mindən çox ziyarətçi səfər edib Bu ilin yanvar-may aylarında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 53 331 nəfər təşkil edib.
Turizm
6 İyun , 2022 12:03
Azərbaycandan Gürcüstana bu il 53 mindən çox ziyarətçi səfər edib

Bu ilin yanvar-may aylarında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 53 331 nəfər təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilib.

Sənədə əsasən, ziyarətçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 31 026 nəfər və yaxud 2,4 dəfə artıb.

İlk beş ayda Azərbaycan Gürcüstana səfər edənlərin sayı baxımından Türkiyə (199 945 nəfər), Rusiya (156 910 nəfər), Ermənistan (133 796 nəfər), İsrail (64 022 nəfər) və Ukraynadan (55 630 nəfər) sonra VI yeri tutub.

Hesabat dövründə Gürcüstana ümumilikdə 1 180 034 nəfər beynəlxalq ziyarətçi səfərə yollanıb ki, bu da ötən ilin analoji göstəricisindən 3,5 dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi